Azərbaycan Respublikası Vətəndaşlığından çıxılması

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır ərizə-anket. Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin uşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 4 rəngli fotoşəkil (35 mm x 45 mm);
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
  3. 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); (Şəkillərin anketlərə yapışdırılmasını xahiş edirik);
  4. 60 funt dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli 
  5. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin rəngli surətləri: doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportunun rəngli surətləri
  6. Tərcümeyi-hal;
  7. Digər ölkə vətəndaşlığını əldə etdikdə həmin sənədin rəngli surəti
  8. Yaşayış yeri haqqında arayış;
  9. Ərizəçinin Birləşmiş Krallıqda (Danimarka krallığında, İrlandiya Respublikasıda, İslandiya Respublikasında) yaşamaq haqqında icazəsi və onun notarial şəkildə təsdiqedilmiş Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi;
  10. Valideynin 18 yaşı tamam olmamış uşağın vətəndaşlıqdan çıxması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi;
  11. Xarici dildə təqdim olunan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcümə və notarial təsdiq olunmalıdır;

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.  Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüter vasitəsilə yazılmasını xahiş edirik.

Search in archive